Çempionlar Liqasının III təsnifat mərhələsinin AEK - “Dinamo” (Zaqreb) oyunu təxirə salınıb.
Apasport.az-ın məlumatına görə, buna səbəb komandaların fanatları arasında dava olub.
Yığmamızın üzvü Mahir Emrelinin çıxış etdiyi “Dinamo” bu gün Yunanıstanda AEK-lə qarşılamalı idi. Amma azarkeşlərin davranışı UEFA-nın təcili qərar verməsinə səbəb olub. Qərara görə, komandalar arasında qarşılaşma avqustun 19-da keçiriləcək. Ayın 15-də Zaqrebdə “Dinamo” ilə AEK arasında ilk oyun baş tutacaq.
Qeyd edək ki, dava zamanı meydan sahiblərinin 22 yaşlı azarkeşi dünyasını dəyişib. “Dinamo” azrkeşlərinə Yunanıstana səfər etmək qadağan olunsa da, təxminən 150 fanat komandasına dəstək etmək üçün səfərə yollanıb.
- Azər Məmmədov: “0:4 hesabı ilə məğlub olmuşuqsa, hakim haqda danışmağa dəyməz”
- Aleks de Souza oğlu üçün “Neftçi”nin formasını istədi
- Azərbaycan mövqeyini qorudu, Xorvatiya irəlilədi
- "Əl-İttihad" Qalyardo ilə yollarını ayıracaq
- Nazim Məmmədzadə: "Misli Premyer Liqası Latviya çempionatından səviyyəlidir"