"Birinci oyunda yaxşı nəticə əldə etdik, amma bəlkə də ən yaxşı oyunumuz deyildi, bunun fərqindəyik. Sabahkı oyunun bir qədər fərqli olacağını gözləyirəm, çünki rəqibimiz daha çox risk almağa məcbur olacaq.
Apasport.az xəbər verir ki, bunu "Sabah"ın baş məşqçisi Valdas Dambrauskas Konfrans Liqasının II təsnifat mərhələsində -"Petrokub"la cavab oyunundan əvvəl təşkil olunmuş mətbuat konfransında deyib.
Litvalı mütəxəssis cavab matçında da qələbə qazanmaq istədiklərini bildirib: Biz də öz tərəfimizdən oyuna daha üstün mövqedən yanaşmaq istəyirik. Yaxşı bərpa prosesi keçirdik, ardınca isə üç-dörd gün çox keyfiyyətli məşqlərimiz oldu. Moldovada keçirdiyimiz ilk oyunda yol verdiyimiz səhvlər üzərində işlədik.Bu oyunda ən vacib məsələ rəqibi layiqincə qiymətləndirmək və diqqətli olmaqdır, çünki Avropada hər şey çox tez dəyişə bilər. Üstünlüyümüz olsa belə bunu unudub ilk dəqiqədən etibarən yalnız bir şey haqqında düşünməliyik – sabahkı oyunu necə qazanacağımız haqqında".
- Qapısını ən çox toxunulmaz saxlayan QAPIÇILAR
- Avropa Oyunlarında medalı təmin edən idmançımız: “Məqsəd finalda da qələbə qazanmaqdır”
- Stolüstü tennisçimizin dünya rekordunu yeniləmək cəhdi uğurlu alınıb
- La Liqa prezidenti: “Messi gedəndə aldığı maaşı istəsə, dönüşü mümkün deyil”
- Parataekvondoçumuz beynəlxalq turnirdə bürünc medal qazanıb