“Qələbə bizim üçün çox vacib idi”.
Apasport.az xəbər verir ki, bunu Avropa Liqasının “Bayer” - “Qarabağ” oyunundan sonra ev sahibi komandanın baş məşqçisi Xabi Alonso deyib.
O, matçla bağlı fikirlərini bölüşüb. 42 yaşlı ispaniyalı mütəxəssis oynadıqları oyundan razı qalıb: “Komandam bu gün istədiyinə nail oldu. 3 xal qazandığımız üçün xoşbəxtəm. Bakıda keçiriləcək qarşılaşmada qalib gələrək, qrupdan çıxmağı təmin etmək istəyirik. Lakin bilirik ki, Azərbaycan səfəri bizim üçün çətin olacaq”.
Qeyd edək ki, “Bayer” – “Qarabağ” qarşılaşması almanların 5:1 hesablı qələbəsi ilə yekunlaşıb.
- İngiltərə millisinin baş məşqçisi bəlli oldu - Rəsmi
- Əli Daei barəsində ölüm hökmü çıxarıldı
- Boyan İliç: "Ən güclü komandalar belə, "Bayer"in öhdəsindən gələ bilməzdi" - Müsahibə
- Bakıda keçirilən Avropa Kubokunun növbəti mükafatçıları müəyyənləşib
- Azərbaycanı Avropa çempionatında təmsil edəcək güləşçilərin adları açıqlanıb