Xankəndi – Bakı ultramarafonu başa çatıb
04.03.2024 - 15:18
“İdman həftəsi” çərçivəsində ilk dəfə keçirilən Xankəndi – Bakı ultramarafonu başa çatıb.
Apasport.az xəbər verir ki, Gənclər və İdman Nazirliyinin Azərbaycan Atletika Federasiyası və Bakı Şəhər Halqası Əməliyyat Şirkəti ilə birgə təşkil etdiyi yarışın sonuncu mərhələsində idmançılar Qobustandan Bakıya 55 km məsafə qət ediblər.
Mərhələnin qalibi Artyom Əliyev olub.
Qeyd edək ki, fevralın 29-da başlayan Xankəndi – Bakı ultramarafonunda idmançılar ümumilikdə 380 km məsafə qət ediblər.
- Bakıda kamandan oxatma üzrə ölkə birinciliyi və çempionatı keçiriləcək - FOTO
- Voyislav Stankoviç: “Onlarla maliyyə məsələlərində razılıq əldə olunsa...”
- “Real”ın ulduzu ötən mövsümün “ən yaxşı”sı seçildi
- “Qəbələ”nin yeni transferi: “Burada olduğum üçün şadam”
- "Fənər"in futbolçusu ərəblərin radarında
0
0