“Xankəndi” FK ev oyunlarını doğma şəhərdə keçirməyə hazırlaşır.
Apasport.az xəbər verir ki, klubun bu ildən etibarən qarşılaşmalarını Xankəndi şəhərində keçirməsi planlaşdırılır.
Hazırda Xankəndi şəhər stadionunda təmir işləri davam etdirilir. Görülən işlərin bu ayın sonunadək yekunlaşdırılması nəzərdə tutulub.
Təmir başa çatdıqdan sonra stadionun rəsmi açılış mərasimi keçiriləcək. “Xankəndi”nin doğma şəhərdə ilk ev oyununun tarixi isə məhz açılış qrafikinə uyğun olaraq müəyyənləşdiriləcək.
Beləliklə, klubun təxminən bir ay sonra Xankəndiyə qayıdaraq ev matçlarını burada keçirməsi gözlənilir.