Azərbaycan millisinin voleybolçusu Ayşən Abduləzimovanın gələcək karyerasına aydınlıq gəlib.
Apasport.az saytının məlumatına görə, təcrübəli oyunçu “Vaşaş”dakı karyerasını davam etdirəcək.
Ayşən Macarıstan təmsilçisi ilə bir mövsümlük müqavilə imzalayıb. O, klubunda 4-cü mövsümünü keçirəcək.
Klubun saytına açıqlama verən millimizin kapitanı 3 qızıl medal qazandığı komandada qalmasına şad olduğunu bildirib: “Həmişə demişəm və indi də hesab edirəm ki, “Vaşaş” böyük bir ailədir. Onun bir parçası olmaqdan xoşum gəlir. Ötən yay yeni müqavilə imzaladığım üçün xoşbəxt oldum və indi bu anlaşmanı uzatdığıma sevinirəm. Gözəl mövsüm keçirdik. Öz oyunumuzdan və fantastik azarkeşlərdən zövq aldıq. Çempionlar Liqasına qayıdışımızı səbirsizliklə gözləyirəm”.
- "Milli üçün namizədim Bülent Korkmaz, Əsgər Abdullayev, Tərlan Əhmədov və... "
- “Araz-Naxçıvan”dan “Difai”yə - RƏSMİ
- Azərbaycan - Avstriya oyununun biletləri satışa çıxarılır
- Estoniya öz meydanında böyükhesabla məğlub oldu
- Voyislav Stankoviç: "Neftçi"nin fasiləsindən sonra necə olacağını bilmirəm” - MÜSAHİBƏ