"Zirə" 100-ə çatdı
20.04.2026 - 10:54
“Zirə” Premyer Liqada 100-cü dəfə heç-heçə edib.
Apasport.az xəbər verir ki, bu, “Neftçi” ilə ev matçında qeydə alınıb.
Misli Premyer Liqasının XXVIII turunun görüşü 1:1 hesabı ilə nəticələnib.
Paytaxt təmsilçisi 332-ci oyununda 100-cü sülhə imza atıb. “Zirə” çempionatın tarixində 100 və daha çox bərabərliyi olan 11-ci komandadır. Bakılıların sülhlərindən 51-i ev, 49-u səfər matçında gerçəkləşib.
Qəsəbə klubunun ilk heç-heçəsi 2015/16 mövsümünə təsadüf edib. 2015-ci il avqustun 16-da “Kəpəz”lə səfər qarşılaşmasında 1:1 hesabı qeydə alınıb.
- Bundesliqa: “Bavariya”dan qələbə, “Dortmund”dan xal itkisi
- "Turan Tovuz"un futbolçusu 999 gündən sonra ilkə imza atıb
- İngiltərə millisinin üzvü addım-addım “Yuventus”a
- Bakıdakı dünya çempionatı başa çatdı, keçici bayraq Çinə təqdim olundu - FOTOLENT
- Avropa çempionatı: Aslan Kotsoyev gümüş medal qazanıb
0
0