“Zirə” heyətini paraqvaylı futbolçu ilə gücləndirdi
01.03.2024 - 16:58

“Zirə” Sezar Meza Kollini heyətinə qatıb.
Apasport.az xəbər verir ki, klub paraqvaylı futbolçu ilə mövsümün sonunadək müqavilə imzalayıb.
Yarımmüdafiəçi ilə razılaşmanın müddətinin uzadılması hüququ "Zirə"yə məxsusdur.
Qeyd edək ki, 2016/17 mövsümündə komandanın şərəfini qorumuş futbolçu ölkəmizdə “Şamaxı” və “Neftçi”, İtaliyanın “Çezena”, “Pavia”, İspaniyanın “Alaves”, Rumıniyanın “Unversitad Krayova”, Səudiyyə Ərəbistanının “Ohod” klublarında çıxış edib.
- Elmar Baxşıyev: "Stadionlardan asılan feyr-pley bayrağını endirsək, daha məqsəduyğun olar"
- Rüfət Abbasov: "Son saniyədə buraxdığımız qolla "Qarabağ"a məğlub olmaq həqiqətən üzücüdür"
- "Barselona"nın 16 yaşlı futbolçusundan rekord
- Çempionun 2 transfer hazırlığı
- Azərbaycan Atletika Federasiyasının rəsmisi komissiya sədri seçilib
0
0