“Zirə” Rumıniya klubu ilə heç-heçə edib
12.01.2026 - 18:51
Mövsümün ikinci dövrəsinə hazırlıqlarını Antalyada davam etdirən “Zirə” bu gün ilk yoxlama oyununa çıxıb.
Apasport.az xəbər verir ki, Rəşad Sadıqovun rəhbərlik etdiyi kollektiv Rumıniyanın “Çiskereda” klubu ilə qarşılaşıb.
Matça saat 17:00-da start verilib. Görüş 3:3 hesablı heç-heçə ilə başa çatıb. Qəsəbə təmsilçisinin qollarını Namik Ələskərov (10) və Rövlan Muradov (17,45 - hər ikisi penalti) vurublar.
Qeyd edək ki, “Zirə” Antalyada daha iki oyun keçirəcək. “Qartallar” yanvarın 16-da Ukraynanın “Aleksandriya” və Çexiyanın “Bohemians 1905” klubları ilə qarşılaşacaq.
- ÇL: "Qalatasaray”a “Enfild”də “soyuq duş” - YENİLƏNİB
- “DH Volley” komandası voleybol meydançası inşa edib
- Əfqan Həmzəyev: "Qərara gəldik ki, rayonumuzun komandasını yaradaq"
- Triatlonçumuz Olimpiya xalları üçün yarışacaq
- Azərbaycan Voleybol Federasiyası hakimlərin hazırlığı üzrə seminarın sonuncu mərhələsini keçirib
0
0