“Zirə” sabiq futbolçusunu transfer edib
13.06.2024 - 17:31
“Zirə” komandası sabiq futbolçusunu transfer edib.
Klubun mətbuat xidmətindən apasport.az-a verilən məlumata görə, gürcüstanlı hücumçu Davit Volkovla 2 illik müqavilə imzalanıb.
Qeyd edək ki, “Zirə” tarixinin ən çox qol vuran futbolçusu olan D.Volkov 2020-2022-ci illərdə də paytaxt təmsilçisinin şərəfini qoruyub. Gürcüstan yığmasının üzvü karyerası ərzində ölkəsinin “Qaqra”, “Dinamo” (Tbilisi), “Çixura”, “Sioni”, “Zemun”, “Saburtalo”, Azərbaycanda isə “Qəbələ” və “Sabah” klublarında çıxış edib.
- Paçu Lira: "Azarkeşləri maraqlı matç gözləyir"
- Azər Bağırov: “Gözəl təcrübə oldu”
- Millinin baş məşqçisi: "Basketbolçularımız Ermənistanla matçda məsuliyyət hiss edirdilər"
- "Real Madrid" Mbappe və Haalandın əvəzinə "Mançester Yunayted"in forvardını ala bilər
- "Optimal idman formasına düşmək üçün bir az vaxt lazımdır" - Qurbanov
0
0