Olimpiya çempionu Hidayət Heydərov (73 kq) bütün kateqoriyalar üzrə cüdoçular arasında topladığı reytinq xallarının sayına görə ikinci olaraq qalır.
Apasport.az xəbər verir ki, Beynəlxalq Cüdo Federasiyasının (IJF) ümumi siyahısı həm kişilər, həm də qadınlar arasında dünya sıralamasında liderlərin göstəricilərini əks etdirir.
Azərbaycan cüdoçusu 7254 xalla ikinci pillədə möhkəmlənib.
Bu, kişilər arasında ən yüksək göstəricidir və Heydərov ümumi reytinqdə yalnız Olimpiya çempionu Krista Dequçidən (Kanada, 8440) geri qalır. Onun ardınca Yay Oyunlarının digər qalibi Diora Keldiyorova (Özbəkistan, 6550) qərarlaşıb.
Digər olimpiya çempionumuz Zelim Kotsoyev (100 kq) qazandığı xallara görə (6112) altıncıdır.
- Rəşad Sadıqov: "Taleyimizlə barışıb, önümüzə baxırıq"
- Azərbaycan Basketbol Liqasında iştirakçı klubların siyahısında dəyişiklik edilib
- "Qəbələ"nin kapitanı: "Bir qələbədən sonra hər şey tam başqa cür olacaq” - Müsahibə
- Azərbaycan gimnastı beynəlxalq turnirdə finala vəsiqə qazanıb
- Ayyub Allaş Premyer Liqada qala bilər