“Abşeron Lions”dan yeni transfer
16.08.2025 - 12:38
"Abşeron Lions" daha bir legioner basketbolçunu heyətinə qatıb.
Apasport.az xəbər verir ki, bunu klubun mətbuat xidməti açıqlayıb.
ABŞ-dən olan De Sean Eyksen heyətə cəlb olunub.
Qeyd edək ki, hücumçu mövqeyində çıxış edən oyunçu İngiltərənin "Newcastle Eagles" komandasının formasını geyinib. "Abşeron Lions" daha əvvəl litvalı Orelik Gediminas, ABŞ-dən olan Arinze Çidom, Ceyms Freyzer, Aubri Makalpayn, Ceylan Şou və De Ondre Caksonu heyətinə qatıb.
- Daha bir boksçumuz Millətlər kubokunun finalında
- Rimas Kurtinaytis: “Bu cür oynamaq olmaz”
- Bakıda keçirilən beynəlxalq turnirdə yarımfinalçılar müəyyənləşdi
- Avropa çempionatında iştirak edəcək güləşçilər bilindi
- Qurban Qurbanov: "Qol epizodlarından istifadə edə bilmiriksə, deməli fikir başqa yerdədir"
0
0