"Abşeron"un baş məşqçisi Erhan Toker klubun mətbuat xidmətinə açıqlama verib.
Apasport.az xəbər verir ki, o, "Neftçi"yə qarşı Azərbaycan Basketbol Liqasının XV turunun oyununu dəyərləndirib.
"Fasilə ərəfəsini yaxşı dəyərləndirə bilmədik.Bəzi oyunçularımız Amerikaya yollandılar. Yeni transferimiz Ömər Yavaş yenidən Türkiyəyə qayıtmaq məcburiyyətində qalmışdı. Məşq meydançaları ilə bağlı problemlərimiz oldu. 2 oyunçu komandamıza yeni qoşulub. Ümumi baxsaq, bu oyuna hazırlıq cəmi 3 gün çəkdi. Növbəti matçlarda qələbə qazanmaq üçün mübarizə aparacağıq. Düzdür, komandamız özünə gələnə qədər müntəzəm mövsüm yekunlaşacaq və biz "üçlük"də olmaya bilərik. Yeni oyunçuları heyətə cəlb edəndə sırf ilk "üçlük"də qərarlaşmağı deyil, pley-off və "4-lər" finalına vəsiqə qazanmağı əsas hədəf kimi qarşıya qoymuşuq".
Qeyd edək ki, "Neftçi" - "Abşeron" qarşılaşması ikincilərin 56:80 hesablı məğlubiyyəti ilə yekunlaşıb.
- Qvardiola: “Premyer Liqada titul yürüşündə çox komanda olacaq”
- Junior Martins: "Zirə"nin qrup mərhələsinə düşmək şansı var" - Müsahibə
- Afrika Millətlər Kubokunda pley-offa vəsiqə qazanan komandalar bəlli oldu
- Bədii gimnastika komandamızdan Dünya Kubokunda ilk medallar - FOTOLENT
- A Seriyası: “Napoli” 3 xalı 2 qolla qazandı