Premyer Liqa təmsilçilərindən "Nyukasl"ın futbolçusu Migel Almiron karyerasını ABŞ-də davam etdirəcək.
Apasport.az xəbər verir ki, paraqvaylı vinger sabiq klubu "Atlanta Yunayted"lə anlaşıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
MLS təmsilçisi Almiron üçün "Nyukasl"a 9 milyon avro təzminat ödəyəcək. 30 yaşlı futbolçu ilə 2027-ci ilin sonuna kimi nəzərdə tutulan müqavilə imzalanıb.
Qeyd edək ki, "Nyukasl" Migel Almironu 2019-cu ilin yanvar ayında məhz "Atlanta Yunayted"dən transfer etmişdi. Paraqvay millisinin üzvü bu müddət ərzində Premyer Liqa təmsilçisinin heyətində keçirdiyi 223 rəsmi matçda 30 qol və 12 məhsuldar ötürmə ilə yadda qalıb.
- "Sumqayıt"ın baş məşqçisi: "Hədəfimiz ilk pilləni tutub "A" Liqasına yüksəlməkdir"
- “Qarabağ” və “Kopenagen” klublarının rəhbərləri arasında görüş keçirilib
- Orxan Əliyev Azərbaycan çempionatlarında 30-cu qolunu vurub
- Argentinalı futbolçu Bakı klubunda – 1 illik müqavilə
- "Everton" futbolçusunu 85 milyon avroya BURAXACAQ