"Boston Seltiks"lə bağlı Ceff Bezos iddiasına aydınlıq gəlib
22.08.2024 - 13:32
Dünyanın ən varlı insanları siyahısında ilk üçlükdə yer alan "Amazon"un qurucusu Ceff Bezosun NBA-dan klub alacağı iddiaları var idi.
Apasport.az xəbər verir ki, xarici mətbuatda Bezosun son çempion "Boston Seltiks"i almaq istədiyi yazılırdı.
Son çıxan xəbərlərdə isə bu məlumatın həqiqəti əks etdirmədiyi bildirilib.
Qeyd edək ki, ötən ay Qrousbek ailəsi "Seltiks"i satışa çıxarmışdı. Ceff Bezosun isə daha əvvəl NFL-in "Vaşinqton Kommanders" klubunu almaq niyyətinin olması ilə bağlı xəbərlər yayılmışdı.
- "Sabah" - "Qarabağ" matçının hakim təyinatları açıqlanıb
- “Qarabağ”ın icarəyə verdiyi futbolçu oyuna çıxmaqdan imtina etdi - EKSKLÜZİV
- Bəxtiyar Həsənalızadə: "Millidən dəvət gözləyirdim" - Müsahibə
- “Olimpiakos” Geryenin Azərbaycana qayıdışına imkan vermədi - SƏBƏB
- İtaliya çempionatında günün nəticələri: "Napoli"dən qələbə
0
0