
"Aston Villa" "Barselona"nın hücumçusu Ferran Torreslə maraqlanır.
Apasport.az xəbər verir ki, Premyer Liqa klubu artıq bir neçə aydır ki, ispaniyalıya iddialı klublar sırasındadır.
Kataloniya klubunun start heyətində daimi yeri olmayan 25 yaşlı futbolçu üçün Birmingem klubu "Barselona"ya 50 milyon avro təklif etməyə hazırdır.
"Transfermarkt" Ferran Torresin dəyərini 28 milyon avro olaraq qiymətləndirir.
Forvard bu mövsümdə Hans-Diter Flikin komandasının heyətində 36 matçda 16 qol vurub və 4 məhsuldar ötürmə edib. Futbolçunun Kataloniya nəhəngi ilə müqaviləsi 2027-ci ilin ortalarına qədərdir.