“Lənkəran”ın baş məşqçisi: “Çox top itkiləri etdik”
09.03.2025 - 22:25
"Oyunun əvvəlini uğursuz keçirdik, çox top itkiləri etdik. Sonradan bir qədər toparlanmağı bacardıq”.
Apasport.az xəbər verir ki, bunu "Lənkəran" basketbol klubunun baş məşqçisi Georgi Kondruseviç "Gəncə" ilə oyundan (90:76) sonra açıqlamasında deyib.
Mütəxəssis bildirib ki, daha sonra da top itkiləri onları geri salıb: “Bu, məğlubiyyətimizin əsas səbəbi oldu. Yeni oyunçumuz Terri Kollins bizimlə cəmi bir məşq keçdi. Dərhal oyuna qoşulmaq çox çətindir. Ümid edirəm ki, o, növbəti oyunlarda bizə daha çox kömək edəcək".
- Yeniyetmə cüdoçular arasında liqa yarışına yekun vurulub - FOTO
- "Qarabağ" - "Ayaks" oyununu sloveniyalı hakim idarə edəcək
- "Qarabağ" - "Nyukasl" oyununun biletləri bu gün satışa çıxarılacaq
- Çempionlar Liqası matçları bu kanallarda - TV AFİŞA
- "Qarabağ" – "Qalatasaray" oyununa 1 günə 42 500 bilet satıldı
0
0