Millimiz İsveçrə ilə qarşılaşacaq
19.07.2024 - 09:18
Azərbaycanın 20 yaşadək basketbolçu oğlanlardan ibarət millisi Avropa çempionatında bu gün növbəti matçına çıxacaq.
Apasport.az xəbər verir ki, ispaniyalı məşqçi Alberto Blankonun rəhbərlik etdiyi komanda 17-20-ci yerlər uğrunda pley-off mərhələsinin ilk oyununda İsveçrə ilə qarşılaşacaq.
Rumıniyadakı "Piteşti Arena"da keçiriləcək görüş Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.
Qeyd edək ki, milli 17-20-ci yerlər uğrunda İsveçrə ilə yanaşı, Albaniya, Moldova və Ermənistan yığmaları ilə mübarizə aparacaq
- Azərbaycan çempionu avrokubokda Xorvatiya klubunu məğlub etdi - YENİLƏNİB
- “Beşiktaş” iki futbolçusunu heyətdən kənarlaşdırıb - SERGEN YALÇININ İSTƏYİ İLƏ
- “Liverpul” futbolçusunu cəzalandırıb - 2 həftəlik maaşı verilməyəcək
- Frank de Blekere “Siqma” - “Selye” matçının hakim-inspektoru olacaq
- "Everton" yenidən cəzalandırılacaq
0
0