"Mövsüm ərzində həm yaxşı, həm də pis oyunlarımız oldu. Ancaq biz bu oyunlarda püxtələşib, komanda kimi formalaşdıq".
Apasport.az xəbər verir ki, bunun “Ordu” basketbol komandasının üzvü Jamour Qreqq deyib.
Amerikalı basketbolçu pley-indəki şanslarını dəyərləndirib: "Bəzi oyunçular fərdi olaraq inkişaf etdi, özünəinamları artdı. Qarşıda “Quba” ilə çox maraqlı və həyəcanlı bir matç olacaq. “Quba”ya qarşı oyunda çox diqqətli olmalıyıq, çünki onların fərdi olaraq çox yaxşı oyunçuları var. Ona görə də bütün planlarımızı “Quba” ilə görüşə yönəltməliyik. Play-offlar həmişə əyləncəlidir, çünki burada oyunçuların nəyə qadir olduğunu tam olaraq görmək şansı əldə edirsən”.
- Yığmamız Afrika çempionatında iştirak edəcək
- Konfrans Liqasının ilk matçında "Zirə"dən darmadağın - VİDEO
- Türkiyə Kubokunun 1/4 finalında “Fənərbaxça” “Qalatasaray”la qarşılaşacaq
- Arif Əsədov: “Məqsədimiz hər iki oyunda qələbə qazanmaqdır”
- Millimizin baş məşqçisi: “Heyətimizdə zədəli futzalçı çoxdur”