“Quba”dan yeni transfer
26.02.2025 - 20:28
"Quba" növbəti transferini reallaşdırıb.
Apasport.az xəbər verir ki, bölgə təmsilçisi Yusuf Erdem Bilgiçlə anlaşıb.
2003-cü il təvəllüdlü türkiyəli basketbolçu mövsümün sonuna qədər komandaya kömək edəcək.
O, artıq "Quba"nın məşqlərinə qoşulub. Türkiyənin Kocaeli şəhərində dünyaya gəlmiş Yusuf Erdem bundan əvvəl "Derince Yenikent", "Darıca Gənclərbirliyi" klublarında çıxış edib. Oyun qurucusu mövqeyində oynayan "Quba"nın yeni transferinin son komandası isə AzTU olub.
- Stolüstü tennisçilərimiz Avrasiya Liqasında çıxış edəcək
- Azərbaycan Kuboku: 1/4 final mərhələsinin cavab matçlarının proqramı
- Nermin Başiç: “Seriyanı davam etdirmək istəyirik”
- “Kəpəz” mövsümün ilk Qərb derbisinə itkilərlə çıxacaq
- Taekvondoçumuz “Paris-2024” Yay Olimpiya Oyunlarına hazırlığını davam etdirir
0
0