Reqilon “Tottenhem”ə QAYITDI
04.01.2024 - 17:29
Cinah müdafiəçisi Serxio Reqilon "Mançester Yunayted"dəki icarə müddətini erkən bitirib.
Apasport.az xəbər verir ki, “Tottenhem”in rəsmi saytında futbolçunun komandaya qayıtdığı açıqlanıb.
Qeyd edək ki, Reqilon mövsümün sonuna kimi “Mançester Yunayted”ə icarəyə verilib, lakin klub müqaviləyə yanvarda icarəyə xitam vermək variantını daxil edib. Mankunianlar bu fürsətdən yararlanaraq Reqilonu vaxtından əvvəl "Tottenhem"ə qaytarıb.
Serxio bu mövsüm İngiltərə Premyer Liqasında 9 oyun keçirib, fərqlənə bilməyib.
- "Neftçi" - "Qarabağ" oyununun hakim təyinatları bəlli oldu
- Azərbaycan XİN: "Bayrağın yandırılmasını pisləyirik"
- "Arsenal"ın sabiq qapıçısı: "Messi 50 yaşadək oynaya bilər"
- “Qarabağ”a 2 qol vurdu, “Real”ın transfer siyahısına düşdü
- Federasiya prezidenti “Gənc istedadların müəyyənləşdirilməsi və inkişafı” düşərgəsində
0
0