Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol yığması Polşanın paytaxtı Varşavada təşkil olunan Dünya Kubokunun yarımfinal mərhələsində məğlub olub.
Apasport.az xəbər verir ki, komandamız ABŞ seçməsi ilə üz-üzə gəlib.
Qarşılaşma rəqibin minimal qələbəsi ilə bitib - 19:18.
Qızlarımız 3-cü yer uğrunda görüşdə Niderland yığması ilə qarşılaşıb. Brianna Freyserin iştirak etmədiyi görüşdə millimiz oyunu 3 basketbolçu ilə davam etdirmək məcburiyyətində qalıb və yekunda rəqibinə 14:21 hesabı ilə məğlub olaraq, ilk dəfə iştirak etdiyi Dünya Çempionatını 4-cü pillədə yekunlaşdırıb.
Qeyd edək ki, Dünya Kubokunda mübarizəyə A qrupunda başlayan Azərbaycan millisi Madaqaskar (21:13), Çexiya (14:11) və Polşanı (20:13) məğlub edib, Niderlanda isə uduzub - 13:19. Komanda pley-in mərhələsində Litvaya (14:12), 1/4 finalda Almaniyaya (18:16) qalib gəlib.