“Sumqayıt” “Lənkəran”ı məğlub edib
06.11.2025 - 17:58
“Sumqayıt” “Lənkəran”ı məğlub edib

Azərbaycan Basketbol Liqasında VI tura start verilib.

Apasport.az xəbər verir ki, ilk oyun günündə "Sumqayıt" səfərdə "Lənkəran"la qarşılaşıb.

Lənkəran Olimpiya İdman Kompleksində baş tutan görüş Sumqayıt komandasının qələbəsi ilə başa çatıb - 98:94.

Qeyd edək ki, tura noyabrın 9-da yekun vurulacaq.