
Argentina millisi dünya çempionatları tarixində bir oyunun start heyətində yaşı 34-dən yuxarı olan dörd futbolçunu meydana buraxan ilk komanda olub.
Apasport.az saytının məlumatına görə, Lionel Messi (35), Nikolas Otamendi (34), Anxel Di Mariya (34) və Papu Qomes (34) eyni vaxtda çıxış etməklə bu göstəriciyə imza atıb.
Bu, komandanın DÇ-2022-nin qrup mərhələsinin ilk turunda Səudiyyə Ərəbistanına 1:2 hesabı ilə məğlub olduğu görüşdə baş verib.
Həmçinin Argentina 1990-cı ildən sonra ilk dəfə mundialın açılış matçında məğlub olub. “Tanqoçular” DÇ-1990-da Kameruna 0:1 hesabı ilə uduzub.
Qeyd edək ki, dünya çempionatının C qrupunda yer alan Argentina növbəti oyununu noyabrın 26-da Meksikaya qarşı keçirəcək.
- “Real”ın futbolçusu Mərakeş yığmasında oynamağa razılıq verdi
- “Barselona” Frenki üçün yeni təklif hazırlayır
- Azərbaycanda yığmaların, məşqçi və idmançı heyətlərinin yenilənmiş siyahısı təsdiqlənib
- Polad Rzayev ilk beynəlxalq turnirində həlledici mərhələyə vəsiqə qazanıb
- Millinin hücumçusu 250 min funta avtomobil aldı