2026-cı il dünya çempionatında 1/16 final mərhələsinin oyunları davam edir.
Apasport.az xəbər verir ki, günün ilk matçında Fil Dişi Sahili və Norveç milliləri üz-üzə gəlir.
Görüş Bakı vaxtı ilə saat 21:00-da başlayıb.
Oyunda hesabı Norveç millisi açıb. Antonio Nusa qarşısıalınmaz zərbə ilə komandasını önə keçirib: 1:0.
Qeyd edək ki, oyunun qalibi 1/8 final mərhələsində Braziliya yığması ilə qarşılaşacaq.
DÇ-2026
1/16 final
30 iyun
21:00. Fil Dişi Sahili – Norveç 0:1
Qol: A. Nusa, 39
Fil Dişi Sahili: Fofana, Due, Kossunu, Aqbadou, Konan, Sanqare, Pepe, Kessie, İnao Ulay, Diomande, Bonni
Norveç: Nüland, Vulfe, Lisaker-Heggem, Ayer, Pedersen, Berq, Berge, Odeqor, Nusa, Haaland, Sörlot.