Bu gün 2026-cı il dünya çempionatında üçüncü yerin sahibi müəyyənləşib.
Apasport.az xəbər verir ki, Fransa və İngiltərə milliləri bürünc medal üçün üz-üzə gəliblər.
Qarşılaşma Bakı vaxtı ilə saat 01:00-da start götürüb.
Oyun qolla başlayıb. 3-cü dəqiqədə Deklan Rays İngiltərə millisini hesabda önə keçirib: 1:0.
18-ci dəqiqədə ingilislər hesabı 2:0 ediblər. Ezri Konsa başla dəqiq oynayıb.
37-ci dəqiqədə Bukayo Saka İngiltərənin 3-cü qolunu vurub. "Arsenal"ın vingeri 46-cı dəqiqədə özünün ikinci, komandasının 4-cü qolunu vurub. İlk hissə 4:0 hesabıyla başa çatıb.
İkinci hissənin əvvəlində Fransa fərqi azaldıb. 48-ci dəqiqədə Kilian Mbappe fərqlənib: 1:4
54-cü dəqiqədə Barkola hesab arasındakı fərqi 2 topa endirib: 2:4.
Mbappe 66-cı dəqiqədə fərqi minimuma endirib: 3:4.
87-ci dəqiqədə Bukayo Saka het-trikini rəsmiləşdirib: 5:3.
90+6-cı dəqiqədə matçda 9-cu top qapıdan keçib. Osman Dembele Fransanın 4-cü qolunu vurub.
2 dəqiqə sonra İngiltərə matçda son nöqtəni qoyub. Cud Bellinqem hesabı 6:4 edib.
Bu qələbədən sonra İngiltərə Dünya çempionatının bürünc medallarının sahibi olub.
DÇ-2026
3-cü yer matçı
01:00. Fransa – İngiltərə 4:6
Qol: D. Rays, 3, E.Konsa, 18, B. Saka, 37, 45+1, 87, K. Mbappe, 48, 66, B. Barkola, 54, O. Dembele, 90+6, Bellinqem, 90+8
Fransa: Menyan, Gusto, Konate, Lakrua, Ernandes, Zair-Emeri, Rabio, Olise, Şerki, Due, Mbappe
İngiltərə: Henderson, Spens, Guehi, Konsa, Kuansah, Rays, Reşford, Rocers, Eze, Saka, Toni