2026-cı il dünya çempionatında 1/16 final mərhələsinin növbəti oyunu keçirilir.
Apasport.az xəbər verir ki, pley-off mərhələsində Almaniya və Paraqvay milliləri üz-üzə gəlir.
Görüş Bakı vaxtı ilə saat 00:30-da başlayıb.
Oyuna almanlar daha fəal başlasalar da hesabı Paraqvay millisi açıb. 42-ci dəqiqədə Xulio Ensiso başla dəqiq oynayıb: 1:0. İlk hissədə qapılara başqa qol vurulmayıb.
İkinci hissənin əvvəllərində bundestim hesabı bərabərləşdirib. Bu dəfə Kay Haverts topu başla qapıdan keçirib: 1:1.
Oyunun əsas vaxtında qalib müəyyənləşməyib və matç əlavə vaxta gedib.
Bu cütün qalibi 1/8 final mərhələsinə vəsiqə qazanacaq.
DÇ-2026
1/16 final
30 iyun
00:30. Almaniya – Paraqvay 1:1
Qol: X. Ensiso, 42, K. Haverts, 54
Almaniya: Noyer, Kimmix, Rüdiger, Ta, Braun, Nmeça, Pavloviç, Sane, Undav, Virts, Haverts
Paraqvay: Xil, Alonso, Kanale, Qomes, Kaseres, Kubas, Ensiso, Qalarsa, Bobadilla, Almiron, Avalos