DÇ: “Yuventus”dan darmadağın, “Real”dan inamlı qələbə - YENİLƏNİR
23.06.2025 - 01:04
DÇ: “Yuventus”dan darmadağın, “Real”dan inamlı qələbə - YENİLƏNİR

Bu gün Klublararası Dünya Çempionatında qrup mərhələsinin ikinci turuna yekun vurulacaq.

Apasport.az xəbər verir ki, günün ilk görüşündə G qrupunda “Yuventus” “Vidad”la qarşılaşıb.

Türkiyə millisinin üzvü Kenan Yıldızın ulduzlaşdığı oyunda Turin təmsilçisi rəqibini 4:1 hesabı ilə darmadağın edib. 20 yaşlı forvard bu matçda het-trikə imza atıb.

H qrupunda “Real” “Paçuka” ilə qarşılaşıb. Arda Gülerin bir qolla yadda qaldığı matçda “kral klubu” rəqibini 3:1 hesabı ilə məğlub edərək inamlı qələbə qazanıb.

Klublararası Dünya Çempionatı
Qrup mərhələsi, II tur

G qrupu

20:00 Yuventus – Vidad 4:1
05:00 Mançester Siti – Əl Əyn

Xal durumu: Yuventus – 6, Mançester Siti – 3, Vidad – 0, Əl Əyn – 0

H qrupu

23:00 Real – Paçuka 3:1
02:00 Zalsburq – Əl Hilal

Xal durumu: Zalsburq – 3, Əl Hilal – 1, Real – 1, Paçuka – 0