İvan Lepinitsa: “Özümüzə inanırıq”
10.08.2026 - 19:45
İvan Lepinitsa: “Özümüzə inanırıq”

"Sabah" UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab matçında "Orhus"la qarşılaşacaq.

Apasport.az xəbər verir ki, oyundan öncə "bayquşlar"ın futbolçusu İvan Lepinitsa mətbuat konfransında iştirak edib.

"Səfərdə çox yaxşı oynadıq. Rəqibin cərimə meydançası kənarından iki fürsəti oldu, onlardan da yararlandılar. Onların başqa şansları olmadı. Evdəki matça səfərdəkindən daha yaxşı hazırlaşmışıq. Özümüzə inanırıq. Sabah yaxşı oyun olacaq. Qarşılaşma 90 dəqiqə də ola bilər, əlavə vaxta da gedə bilər. İnanıram ki, mərhələni adlayan tərəf biz olacağıq".