Kanada yığması dünya çempionatında antirekord təkrarlayıb.
Apasport.az saytının məlumatına görə, Şimali Amerika təmsilçisi Belçika ilə qrup mərhələsinin ilk tur matçında buna “nail olub”.
Rəqibinə 0:1 hesabı ilə məğlub olan kanadalılar mundiallarda keçirdiyi ilk 4 oyununda qol üzünə həsrət qalan 3-cü komanda olub. Ona qədər antirekorda Yunanıstan və Boliviya şərik idi.
Belçika isə dünya çempionatlarının qrup mərhələlərində ardıcıl 8-ci qələbəsini qazanıb. Bununla Avropa təmsilçisi Braziliyanın rekordunu təkrarlayıb.
Qeyd edək ki, F qrupunda II turun oyunları noyabrın 27-də keçiriləcək. Həmin gün Kanada Xorvatiya ilə, Belçika isə Mərakeşlə qarşılaşacaq.
- Şəfəq Hüseynli Maria Moreira ilə görüşdü
- Ayxan Abbasov: "Xoşdur ki, AFFA rəhbərliyi bölgələrə gəlir"
- Türkiyə Kubokunda ilk finalçı bəlli olur: "Konyaspor", yoxsa "Qalatasaray"? - YENİLƏNİR
- Taekvondoçularımızdan Avropa birinciliyində son 17 ilin rekordu – 8 medal
- Elgiz Abbasov: “3 dövrəli çempionatın oynanılması qərarlaşdırılıb”