KL: “Zirə” “Torpedo”ya qarşı - YENİLƏNİR
15.07.2026 - 10:14
KL: “Zirə” “Torpedo”ya qarşı - YENİLƏNİR

UEFA Konfrans Liqasında I təsnifat mərhələsinin cavab oyunları keçiriləcək.

Apasport.az xəbər verir ki, Azərbaycan təmsilçisi “Zirə” səfərdə Gürcüstanın “Torpedo” (Kutaisi) komandası ilə qarşılaşacaq.

Rəşad Sadıqovun baş məşqçisi olduğu kollektiv ilk oyunda Bakıda rəqibini 3:0 hesabı ilə məğlub edib. “Qartallar” qazandığı üstünlüyü qorumaqla II təsnifat mərhələsinə vəsiqəni rəsmiləşdirməyə çalışacaq.

Görüş Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

UEFA Konfrans Liqası
I təsnifat mərhələsi, cavab oyunu

21:00. “Torpedo” (Gürcüstan) – “Zirə” (Azərbaycan)