Bu gün UEFA Konfrans Liqasının 2026/2027 mövsümünün II təsnifat mərhələsinin püşkatma mərasimi keçirilir.
Apasport.az xəbər verir ki, tədbir UEFA-nın İsveçrənin Nyon şəhərində yerləşən mənzil-qərargahında baş tutur.
Püşkatmada Azərbaycan təmsilçisi “Zirə”nin də potensial rəqibləri müəyyənləşib. Komanda I təsnifat mərhələsində Gürcüstanın “Torpedo” klubunu mübarizədən kənarlaşdıra bilsə, "Hegelmann" - "Payde" cütünün qalibi ilə rəqib olacaq.
İlk matç səfərdə, cavab oyunu Bakıda keçiriləcək.
Qeyd edək ki, UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyunları iyulun 23-də, cavab qarşılaşmaları isə iyulun 30-da keçiriləcək. UEFA oyunların dəqiq tarix və başlama saatlarının püşkatmadan sonra açıqlanacağını bildirib.
- Azərbaycanın qadınlardan ibarət voleybol millisi Macarıstana təlim-məşq toplanışına yollanıb
- Pley-off oyunlarının vaxtı müəyyənləşib
- AMADA UEFA Gənclər Liqasında mübarizə aparacaq "Qarabağ"ın U-19 komandası üçün seminar keçirib
- Avroliqanın MVP-si bəlli olub
- 8 illik həsrət bitdi - “Malaqa” yenidən La Liqada