Messi Maradonaya çatdı
26.11.2022 - 22:52
Argentina millisinin kapitanı Lionel Messi rekorda ortaq olub.
Apasport.az saytı xəbər verir ki, 35 yaşlı forvard əfsanəvi Dieqo Maradonaya çatıb.
Messi DÇ-2022-nin II turunda Meksika ilə matçın start heyətində yer almaqla buna nail olub. Bu, futbolçunun cənubi amerikalıların heyətində mundiallarda 21-ci matçı kimi tarixə düşüb.
Qeyd edək ki, Lionel Messi buna qədər dünya çempionatlarında meydana çıxdığı 20 oyunda 6 qol vurub, 5 məhsuldar ötürmə verib.
- Stolüstü tennisçilərimiz Avropa çempionatında Ermənistan komandasına qalib gəliblər
- Sabiq baş məşqçi: “Premyer Liqada mübarizə 2-ci yer uğrunda olacaq”
- Canni de Byazinin “23”lüy”ü
- Modriç: "Braziliya qol vuranda hamı uduzduğumuzu düşünürdü"
- "Brayton" və "Brentford" təxirə salınmış matçlarda qalib gəldilər
0
0