Millimiz Şimali Makedoniyaya qalib gəlib
03.03.2026 - 16:57
Millimiz Şimali Makedoniyaya qalib gəlib

Qadın futbolçulardan ibarət Azərbaycan milli komandası dünya çempionatı – 2027-nin seçmə mərhələsində mübarizəyə start verib.

Apasport.az xəbər verir ki, C Liqasının 3-cü qrupunda yer alan millimiz ilk oyununu Şimali Makedoniya yığmasına qarşı keçirib.

Millimizin heyətində 50 oyun keçirmiş Nigar Mirzaliyeva və Sevinc Cəfərzadəyə qarşılaşmadan əvvəl AFFA adından xatirə olaraq millinin rəsmi forması verilib. Yubilyarlara hədiyyəni AFFA-nın baş katibi Cahangir Fərəcullayev və gənclər və idman naziri Fərid Qayıbov təqdim ediblər.

“Dalğa Arena”da təşkil olunan görüş millimizin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Komandamızın heyətində hər iki qolu kapitan Sevinc Cəfərzadə vurub.

Qeyd edək ki, millimiz qrupda növbəti oyununu martın 7-də Felksut şəhərində yerləşən “Panço Arena”da Macarıstan yığmasına qarşı keçirəcək.

Dünya çempionatı - 2027, seçmə mərhələ

C Liqası, I tur

Azərbaycan (Qadınlar) – Şimali Makedoniya (Qadınlar) - 2:0

Qollar, Sevinc Cəfərzadə, 27, 78
“Dalğa Arena”. Saat 15:00
Baş hakim: Anna Adamska
Baş hakimin köməkçiləri: Yulia Bukaroviç, Angelika Novak
Dördüncü hakim: Mixalina Diakov
(Hakimlər briqadası Polşadandır)
Hakim-inspektor: Qraziella Pirriatore (İtaliya)
UEFA nümayəndəsi: Sərtan Kırağası (Türkiyə)

Azərbaycan (Qadınlar): 1. Aytac Şərifova, 2. Alina Nəhmədova, 3. Jalə Məhsimova (18. Ayşən Salamzadə, 90+4), 4. Nigar Mirzaliyeva, 5. Ayşən Əhmədova, 7. Manə Mollayeva (10. Kristina Bakarandze, 90+4), 11. Vüsalə Seyfəddinova (19. Xanım Əsədova, 85), 23. Yeliz Acar (8. Aysun Muradova, 85), 14. Coşqunə Əliyeva (13. Nərgiz Hacıyeva, 76), 9. Sevinc Cəfərzadə (k), 20. Peritan Bozdağ

Ehtiyat oyunçular: 12. Günay İsmayılova, 22. Nərgiz Əliyeva, 6. Mədinə Curuqova, 15. Kamilla Məmmədova, 16. Milana Rəhimova, 17. Vüsalə Hacıyeva, 21. Aydan Həsənova

Baş məşqçi: Siyasət Əsgərov

Şimali Makedoniya (Qadınlar): 1. Viktoriya Pançurova (k), 5. Pavlinka Nikolovska (4. Katerina Petkova, 85), 6. Mila Paneva, 19. Simona Meyer, 21. Boyana Petkova (23. Kalina Popeski, 85), 7. Melaniya Qrozdanova (3. Ane Boşeska, 61), 8. Aleksandra Markovska, 14. Eva Veliçkovska (15. Elena Paneska, 74), 10. Teona Qalabovska, 9. Yilza Maksuti, 11. Hava Mustafa (13. Yovana Pavlovska, 61)

Ehtiyat oyunçular: 12. Vedrana Komnenova, 22. Berna Kabakçı, 2. Andrea Kolovska, 16. Kristina Krsteva, 17. Nastasya Nakova, 18. Xristina Yoşevska, 20. Vaska Vasileva

Baş məşqçi: Aleksandar Andov