“Qarabağ” - “Ferentsvaroş” matçının biletləri satışa çıxarılacaq
22.08.2025 - 00:16
“Qarabağ” - “Ferentsvaroş” matçının biletləri satışa çıxarılacaq

UEFA Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində keçiriləcək “Qarabağ” - “Ferentsvaroş” (Macarıstan) oyununun biletləri sabah saat 14:30-dan etibarən satışa çıxarılacaq.

Apasport.az xəbər verir ki, bu barədə Ağdam klubu rəsmi açıqlama yayıb.

Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matçın biletlərinin qiyməti müvafiq olaraq 5, 20, 30, 40, 50, 100 və 150 manat təşkil edir.
VVIP C və VVIP D sektorlara bilet alaraq, VIP Lounge üstünlüklərindən yararlanmaq istəyən azarkeşlərin üçün biletlərin qiyməti isə 300 manatdır.

Satış məntəqələri:

 iTicket.az-ın satış məntəqələri (iTicket.az-da onlayn satış);

Park Bulvardakı “Qarabağ” FK-nın Fan-Şopu;

Tofiq Bəhramov adına Respublika stadionunun kassaları;

Qeyd edək ki, komandalar arasında Budapeştdə keçirilən ilk oyunda "Qarabağ" 3:1 hesabı ilə qalib gəlib.