İyulun 10-da Bakıda boks üzrə İBA Çempionlar Gecəsi keçiriləcək.
Apasport.az xəbər verir ki, ilk dəfə “Sea Breeze Resort” təşkil olunacaq yarışda dünyanın güclü boksçularının iştirakı ilə 6 döyüş baş tutacaq.
Bu görüşlərin 5-də Azərbaycan idmançıları təmsil olunacaq. 47,6 kq-da dünya çempionumuz Sübhan Mamedov Riçard Qardla (Filippin) üz-üzə gələcək. Dünya çempionatının mükafatçıları Sərxan Əliyevlə (70 kq) Səidcəmşid Cəfərov (72,6 kq) müvafiq olaraq, Nurtas Ajbenov (Qazaxıstan) və Nikolay Veselov (Belarus) ilə qarşılaşacaq.
Avropa Oyunlarının üçüncüsü Tayfur Əliyev (60 kq) Xurşidbek Rasuljonovla (Özbəkistan), Dünya kubokunun yarımfinalçısı Nəbi İsgəndərov (70 kq) Hikmət Qarayevlə (Rusiya) gücünü yoxlayacaq. Boksçularımızın hər birinin döyüşü 6 raunddan ibarət olacaq.
Digər görüşdə isə Çeerav Aşalayevlə (Rusiya, 76,2 kq) Mixail Dolqolevets (Belarus) münasibətinə aydınlıq gətirəcək. Bu qarşılaşma 8 raund davam edəcək.
Qeyd edək ki, İBA Çempionlar Gecəsi saat 19:00-da start götürəcək.
- Qadağa aradan qalxdı: RUSİYA BAYRAĞI VƏ HİMNİNƏ İCAZƏ VERİLDİ
- “Sabah”ın legioneri Misli Premyer Liqasında 100-cü oyununu keçirib
- Spiros Kapralos: "Bakıda Avropa Oyunlarının gələcəyini müzakirə etdik"
- Krunoslav Renduliç: “Ağlamaq üçün vaxtımız yoxdur”
- Azərbaycanın U-20 basketbol millisi ilk dəfə Avropa çempionatında çıxış edəcək