“Arsenal” yeni mövsümdə heyəti gücləndirməyi planlaşdırır.
Apasport.az saytı xəbər verir ki, ingilis klubu İspaniya “Real Sosyedad”ının iki futbolçusuna elçi düşüb.
“Topçular”ın skautları 24 yaşlı yarımmüdafiəçi Martin Subimendi və 26 yaşlı müdafiəçi Robin Le Normanı yaxından izləyir. London klubunda baş məşqçi Mikel Arteta rəhbərlikdən hər iki futbolçunun keçidini həll etməyi istəyib.
Klub təmsilçiləri yaxın həftələrdə qarşı tərəflə danışıqlara başlamağa hazırlaşır.
Qeyd edək ki, klubları ilə müqavilələri davam edən fransız müdafiəçinin sərbəst qalma məbləği 50 milyon avro, bask yarımmüdafiəçinin isə 60 milyon avrodur.
- Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bişkekdə keçirilən 6-cı Dünya Köçəri Oyunlarının açılış mərasimində iştirak ediblər - CANLI - YENİLƏNİB
- “Lill”in futbolçusu infarkt keçirib
- "Neftçi" - "Qarabağ" matçının tarixi bilindi
- Ağır atletika üzrə Avropa çempionatından geri çağırılan azərbaycanlı atletlər Ermənistanı tərk etdi - YENİLƏNİB
- Daha 2 boksçumuz dünya çempionatının 1/8 finalında