
Azərbaycan boksçuları Macarıstanın Eqer şəhərində gənclər arasında keçirilən beynəlxalq turniri 2 medalla başa vurublar.
Boks Federasiyasından apasport.az-a verilən məlumata görə, baş məşqçi Elbrus Rzayevin yetirmələrindən Abbasqulu Şadlinski (71 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
O, finalda Arpad Jambora 4:1 (30:27, 30:27, 29:28, 29:28, 28:29) hesabı ilə qalib gələrək, qızıl medala sahib olub.
Tağı Nəsibov (60 kq) isə həlledici görüşdə özbəkistanlı Abdulaziz Jurakulovla üz-üzə gəlib. Görüş rəqibin 4:1 (28:29, 29:28, 30:27, 30:27, 29:28) hesablı qələbəsi ilə başa çatdığından boksçumuz gümüş medala yiyələnib.
- "Qalatasaray" İsveçrədən məğlub qayıdır - YENİLƏNİB
- Renat Dadaşov Azərbaycana gəlir - "Neftçi", yoxsa "Qarabağ"?
- Şamaxıda qolsuz oyun, "Sabah" "Qarabağ"a ilk məğlubiyyəti yaşatdı - YENİLƏNİB
- Mixal Bilek: "Bizim qələbə şansımız daha çox idi"
- Cengiz Ündər: "İstəyimiz ermənilərə qalib gəlib Türkiyəyə xoşbəxt qayıtmaqdır"