Paris-2024: Boksçumuz rinqə çıxacaq
28.07.2024 - 10:39
Azərbaycanın boks milli komandası Paris-2024 Yay Olimpiya Oyunlarında mübarizəyə başlayır.
Apasport.az xəbər verir ki, bu gün ilk təmsilçimiz rinqə çıxacaq.
92 kq çəkidə çıxış edən Alfonso Dominqes ilk döyüşünü keçirəcək.
Son Olimpiya Oyunlarının bürünc mükafatçısı yarışa 1/8 finaldan başlayacaq.
Boksçumuzun rəqibi Xulio Sesar la Krus (Kuba) olacaq.
Qeyd edək ki, ölkəmizi Paris-2024-də beş boksçu təmsil edir.
- Millimizin üzvü fərqləndi, komandası məğlub oldu
- Azərbaycan nümayəndə heyəti açılış mərasimində paraddan keçib
- Bakıda dünya çempionatı üçün xüsusi videoçarx – Cüdo ulduzları bir araya gəldi
- BOK Rusiya və Belarus idmançılarına yaşıl işıq yandırdı
- Avropa Liqası: “Braqa”dan qələbə, Yunanıstanda bərabərlik - YENİLƏNİB
0
0