Qadınlar və kişilər arasında cüdo üzrə Azərbaycan çempionatının proqramı bəlli olub.
Apasport.az xəbər verir ki, turnirin püşkatma mərasimi dekbarın 4-də, saat 19:00-da keçiriləcək.
Fərdi mübarizələr 5–6 dekabrda, saat 09:00-da start götürəcək. Komanda yarışının seçmə görüşləri isə 7 dekabr, saat 10:00-da başlayacaq. Hər üç gündə final blokları saat 17:00-da təşkil olunacaq.
Ölkə çempionatının rəsmi açılış mərasimi dekabrın 6-da, saat 16:15-də baş tutacaq. Bakı İdman Sarayında keçiriləcək yarışda 14 çəki dərəcəsində 54 klub və idman cəmiyyətindən olan 237 cüdoçu (179 kişi, 58 qadın) ölkə çempionu adı uğrunda mübarizə aparacaq.
- III MDB Oyunları: Azərbaycanın daha bir atıcısı gümüş medal qazanıb
- Avropa Liqasında 2023/2024 mövsümünün ən yaxşı qolu bəlli olub
- “Qəbələ” Futbol Akademiyasının yay seçimlərinin birinci mərhələsi başa çatıb
- Füzuli Məmmədov: “Hakimlər bizim matçlarda çox diqqətli olsunlar”
- “Ayaks”dan yeni transfer - RƏSMİ