Cüdoçularımız mübarizəyə start verir
21.03.2025 - 10:16
Bu gün Gürcüstanın paytaxtı Tbilisidə keçirilən "Böyük Dəbilqə" turniri start götürür.
Apasport.az xəbər verir ki, ilk yarış günündə 5 cüdoçumuz 4 çəki dərəcəsində (3 kişi və 2 qadın) tatami üzərinə çıxacaqlar.
Kişilər arasında Murad Muradlı (60 kq), Nazir Talıbov və Rəşad Yelkiyev (hər ikisi 66 kq) medallar uğrunda mübarizə aparacaq. Qadınların yarışında isə Aydan Vəliyeva (52 kq) və Fidan Əlizadə (57 kq) güclərini sınayacaqlar.
Qeyd edək ki, yığma turnirdə 8 çəki dərəcəsində 11 cüdoçu (7 kişi, 4 qadın) ilə təmsil olunacaq.
- "Qarabağ" "Neftçi"ni məğlub etdi - YENİLƏNİB
- Güləşçilərimiz “Çempionlar” turnirinin son günündə 2 medal qazanıb
- Federasiya prezidenti: “Avropa Oyunlarından ən azı 3-4 medal götürməyə çalışacağıq”
- Fransada mövsümün ən yaxşı futbolçusu müəyyənləşib
- “Napoli”nin sabiq üzvü karyerasını Türkiyədə davam etdirə bilər
0
0