
Bakı İdman Sarayında qrapplinq üzrə Avropa çempionatı keçirilir.
Apasport.az xəbər verir ki, yarış U-17 və U-20 və böyüklər arasında təşkil olunub.
Azərbaycan idmançıları yarışda artıq 12 medal qazanıblar. Eldar Məmmədov (130 kq) gümüş, Vahid Ələkbərov (58 kq) və Vasif Səfərbəyov (100 kq) bürünc mükafat əldə ediblər.
Çempionatda no-gi versiyasında (kimonosuz) qızlardan ibarət millimizin heyətində Röya Abdullayeva (52 kq) qızıl, Səidə İbişova (43 kq) gümüş, Aysu Əliyeva (43 kq), Leyla Abdullayeva (46 kq) və Fidan Paşayeva (49 kq) isə bürünc medal qazanıblar.
U-17 oğlanlar arasında idmançılarımızdan Taleh Əhmədli (39-42 kq), Elnur Salahov (46 kq) gümüş, Rəvan Ağayev (39-42 kq) və Davud Babayev (46 kq) bürünc medala sahib olublar.
- Türkiyə millisinin 2 əsas üzvü Avstriya ilə matçı buraxacaq
- Elmar Baxşıyev: "Bizə qarşı hakim qərarlarının düzəlməsini istəyirik"
- “Aston Villa” ispaniyalı futbolçunu transfer etmək istəyir
- Azərbaycan idmanında ilk: Şuşa klubu avrokuboklarda oynayacaq - EKSKLÜZİV
- Azərbaycan idmançıları reytinq turnirində iştirak edəcəklər