Olimpiya çempionları vətənə geri dönüb
04.08.2024 - 13:02
Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında qızıl medal qazanan Azərbaycan cüdoçuları vətənə qayıdıb.
Apasport.az xəbər verir ki, onlar üçün Heydər Əliyev Beynəlxalq Hava Limanında xüsusi ansanblın müşayiəti ilə qarşılama mərasimi təşkil edilib.
Qarşılama mərasimində idmançıların qohumları, rəsmilər və digər şəxslər iştirak edib.
Qeyd edək ki, XXXIII Yay Olimpiya Oyunlarında Azərbaycan cüdoçuları Hidayət Heydərov (73 kiloqram) və Zelim Kotsoyev (100 kiloqram) fəxri kürsünün ən yüksək pilləsinə qalxaraq Parisdə Dövlət Himnimizi səsləndiriblər.
- Millinin “9-luğ”u: Qurbanovun bir addımlığında
- İrəvanda mükafat qazanan türkiyəli idmançı: “Medalı Azərbaycana hədiyyə etdiyim üçün çox qürurluyam”
- “Jirona” və “Valyadolid”dən minimalhesablı qələbə
- "Böyük Dəbilqə": Rəcəbov və Bağırov növbəti mərhələdə, Kokauri mübarizəni dayandırıb
- Van Bronkhort: “Hazırda "Feyenoord"a rəhbərlik etməyi düşünmürəm”
0
0