Şəhid Jurnalistlərin Xatirəsinə həsr olunan V ənənəvi minifutbol turnirinin qalibi müəyyənləşib.
Apasport.az xəbər verir ki, sentyabrın 26-dan noyabrın 21-dək keçirilən yarışın finalında Əmirxeyir və ATV komandaları üz-üzə gəlib.
Gərgin keçən qarşılaşmanın əsas vaxtı 2:2 hesabı ilə başa çatıb.
Penalti seriyasında daha dəqiq oynayan Əmirxeyir 4:2 hesabı ilə qalib gələrək turnirin kubokuna sahib olub. Komandanın qollarını Bəxtiyar Hacıyev (2) vurub. ATV-nin heyətində isə Famil Hüseynov və Əli Məmmədov fərqləniblər.
Qeyd edək ki, final görüşündən sonra turnirin bağlanış və mükafatlandırma mərasimi keçirilib.