Azərbaycan gimnastı çempion oldu
30.03.2025 - 13:29
Bakıda bədii gimnastika üzrə “AGF Trophy” beynəlxalq turnirində final mərhələsi keçirilir.
Apasport.az xəbər verir ki, yeniyetmələrin yarışında Azadə Atakişiyeva gürzlərlə hərəkətin finalında qızıl medal qazanıb.
Ötən gün təsnifat yarışında da qalib gəlmiş azərbaycanlı idmançı bu dəfə 25.100 xal toplayaraq rəqiblərini qabaqlayıb.
Fidan Qurbanlı da eyni finalda çıxış edərək altıncı olub.
Qeyd edək ki, daha əvvəl topla hərəkətdə Şəms Ağagüseynova yeniyetmələrin yarışında bürünc, yeniyetmə qrup komandası isə beş halqa ilə hərəkətlərdə gümüş medal qazanıb.
- Rəşad Sadıqov: "Qarabağ" üzərində ilk qələbə camiə üçün sevindiricir" - VİDEO
- Qış “transfer pəncərəsi” yanvarda açılacaq
- Dünya Kubokunun açılış mərasimi keçirilib - FOTO
- “Sumqayıt”dan azarkeşlərə jest - GİRİŞ PULSUZ OLACAQ
- Tərlan Əhmədov: "Qarabağ" ilk oyunda rəqibinə qarşı saymazlıq etdi" - Açıqlama
0
0