
Bakıda keçirilən U-23 Avropa çempionatında yunan-Roma güləşi üzrə yarışa yekun vurulub.
Apasport.az xəbər verir ki, millimiz qitə birinciliyində uğurlu çıxış edərək tarixi nəticəyə imza atıb.
Belə ki, 3 qızıl, 1 gümüş və 4 bürünc medal qazanan yığmamız 163 xal toplayaraq ilk dəfə komanda hesabında U-23 Avropa çempionu olub. Anoloji yarışda toplanan xallara görə də özünün ən yaxşı nəticəsini gerçəkləşdirən millimiz ən yaxın izləyicisi Gürcüstanı 25 xal qabaqlayıb. Türkiyə 135 xalla üçüncü yeri tutub.
Xatırladaq ki, komandamızın tərkibində Ziya Babaşov (63 kq) Xasay Həsənli (77 kq), Qurban Qurbanov (82 kq) qızıl, Nihad Quluzadə (60 kq) gümüş, Rəşad Məmmədov (55 kq), Ruslan Nurullayev (72 kq), Laçın Vəliyev (87 kq) və Murad Əhmədiyev (97 kq) isə bürünc medal qazandı.
- "Şamaxı" rəsmən açıqladı - "ZİRƏ"NİN İSTƏDİYİ LEGİONER KOMANDANI TƏRK ETDİ
- Mahirin komandası Bundesliqa klubuna qarşı
- Jurnalistlərdən ibarət komanda "Star Cup Azerbaijan - Ulduzlar Liqası"nın qalibi olub - FOTO
- "Ferentsvaroş"un futbolçusu: “Əsas odur ki, öz oyunumuzu oynayaq”
- “Neftçi” “Sərhədçi”ni üstələdi