U-17 DÇ: Bu gün Azərbaycanın 8 güləşçisi xalçaya çıxacaq
29.07.2026 - 09:43
Bakıda keçirilən U-17 dünya çempionatında bu gün yarışın üçüncü gününün qarşılaşmaları baş tutacaq.
Apasport.az xəbər verir ki, günün ilk yarısında qızların mübarizəsinə start veriləcək. Azərbaycan yığmasının 5 üzvü xalçaya çıxacaq. Axşam sessiyasında isə yunan-Roma güləşi üzrə iki təmsilçimiz qızıl, ikisi isə bürünc medal uğrunda güləşəcək.
Azərbaycan güləşçilərinin proqramı
10:30
- 92 kq, təsəlliverici görüş: Z. Səfərov – A. Mehritalarpoşti (İran)
- 57 kq, təsnifat: Q. Quliyeva – D. Qisler (İsveçrə)
- 65 kq, təsnifat: R. Nuriyeva – S. Muniz (Meksika)
- 43 kq, 1/8 final: V. Orucova – V. Harşan (Rumıniya)
- 49 kq, 1/8 final: N. Əhmədli – M. Bayramova (Almaniya)
18:00
- 45 kq, final: Ə. Cavadlı – R. Vaks (ABŞ)
- 51 kq, final: A. Hüseynli – B. Həsənov (Özbəkistan)
- 60 kq, bürünc medal görüşü: E. Çərkəzov – P. Tsentidis (Yunanıstan)
Qeyd edək ki, U-17 dünya çempionatı avqustun 3-dək Bakıda yerləşən Milli Gimnastika Arenasında davam edəcək.
0
0