Karateçimiz Avropa çempionatının finalında
08.02.2025 - 21:29
Azərbaycanlı karateçi 52-ci Avropa çempionatının finalında qızıl medal uğrunda mübarizə aparacaq.
Apasport.az xəbər verir ki, Ələddin Məlikov (-68 kq) 16-17 yaşlı gənclər arasında keçirilən yarışda bu şansı əldə edib.
Ələddin həlledici görüşdə Yigit Halici Ahmetlə üz-üzə gələcək. O, finala gedən yolda, portuqaliyalı, isveçrəli, çexiyalı və gürcüstanlı rəqiblərini mübarizədən kənarlaşdırıb.
Qeyd edək ki, Polşanın Bielsko-Biala şəhərində keçirilən yeniyetmə və gənclərin Avropa çempionatı fevralın 9-dək davam edəcək.
- Belarus - Azərbaycan oyununa isveçli hakim
- “Yuventus” Kulibalinin meneceri ilə görüşdü
- Azərbaycan güləşçisi AÇ-dən diskvalifikasiya olundu
- Yuriy Hura: “Günü-gündən daha güclənirik“
- "Roma" və "Xəzər Lənkəran"ın sabiq üzvü: “Qarabağ” bir futbol komandasından daha artıqdır, görünür ki, orada əsl ailə qurublar"
0
0