La Liqa: “Xetafe”dən darmadağın
07.04.2025 - 01:15

İspaniya La Liqasında XXX turun görüşləri davam edir.
Apasport.az xəbər verir ki, "Xetafe" səfərdə "Real Valyadolid"lə qarşılaşıb.
Qonaqlar rəqibini 4 cavabsız qolla məğlub etməyi bacarıb.
Turun digər matçında "Vilyareal" öz meydanında "Atletik"lə qolsuz heç-heçəyə razı olub - 0:0.
İspaniya La Liqası
XXX tur
20:30. “Real Valyadolid” - “Xetafe” - 0:4
23:00. “Vilyareal” - “Atletik” - 0:0
0
0