“Qalatasaray” liderliyə yüksəldi
30.08.2026 - 00:30
Türkiyə Super Liqasında III turun oyunları keçirilir.
Apasport.az xəbər verir ki, son çempion meydana çıxıb.
“Qalatasaray” “Göztepe”ni qəbul edib. Görüş qonaqların üstünlüyü ilə başlayıb. Novatus Miroşi fərqlənib. Lakin çox keçmədən Davinson Sançez hesabı bərabərləşdirib.
İkinci hissə ardıcıl qollarla yadda qalıb. Öncə Qabriel Sara komandasını önə keçirib. Ardından Viktor Osimhen fərqi iki topa çatdırıb. Qonaqların gücü yalnız təsəlli qoluna çatıb. Xuan Santos yekun nəticəni müəyyənləşdirib - 2:3.
Bu qələbə ilə xallarının sayını 7-yə çatdıran “Qalatasaray” liderliyə yüksəlib.
- Kamal Quliyev: "Yaltaqlıq, düşüklük eləsəydim, AFFA-da vəzifədə olardım" - "Ofsayd"
- “Qarabağ” dünya rekordçularına çatdı
- AFFA Gənclər Liqasında I tura yekun vurulub
- Adil Şükürov: "Məqsədimiz əvvəlki "Kəpəz"i qaytarmaqdır
- Ruslan Abışov: "Neftçi"dən getdiyimə görə peşman olduğumu hər dəfə demişəm" - Müsahibə
0
0